Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avstriyada indiyədək koronavirusa qarşı bir milyon doz peyvənd vurulub

121 Baxış

Avstriyada əhaliyə koronavirusa qarşı vurulan peyvənd dozalarının ümumi həcmi bir milyon dozanı ötüb.

AZƏRTAC xəbər verir ki, ölkənin Federal Səhiyyə Nazirliyi bu barədə məlumatında martın 12-də bir gün üçün rekord sayda – 50 min dozanın vurulduğunu bəyan edib. Məlumatda qeyd edilib ki, ölkəyə müxtəlif istehsalçıların peyvəndləri gətirildikcə gündəlik həcm tədricən artırılacaq.

Qeyd edilib ki, mart ayında ölkəyə ümumilikdə 1,1 milyon, cari ilin ikinci rübündə 6,9 milyon, üçüncü rübündə isə 12 milyon peyvənd dozasının gətirilməsi nəzərdə tutulur. İl ərzində ölkəyə 20 milyon peyvənd dozası gətiriləcək ki, bu da 8,2 milyon əhalisi olan ölkənin tələbatından 2,5 dəfə çoxdur.

Zəngin ölkələrin lazım olduğundan daha çox peyvənd alması və yoxsul ölkələrdə peyvənd çatışmazlığı son dövrlərdə ekspertlər tərəfindən müzakirə edilən aktual mövzularından biridir. Avstriya Federal Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı açıqlamasında bunun səbəbinin peyvəndlərin alışının vaksinasiya planına əsasən aparıldığı və immunlaşmanın müddəti barədə hələlik konkret elmi nəticələrin olmaması qeyd edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678