Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransada Drensi kommunasının imamı: “İslamın islamçılıqla heç bir əlaqəsi yoxdur” – FOTO

157 Baxış

Fransa müsəlmanları öz soydaşları ilə sülh içində yaşamaq istəyirlər, İslamın islamçılıqla heç bir əlaqəsi yoxdur.

Bu barədə Parisin yaxınlığında yerləşən Drensi kommunasının imamı Assen Şalqumi “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fransada müəllimin öldürülməsindən sonra məsciddə bütün qurbanlara dua ediblər. O qeyd edib ki, təhqirlərə nifrətlə reaksiya verilməməlidir:

“Biz dinimizin və peyğəmbərimizin bizə nifrəti deyil, sevgini öyrətdiyini xatırlayırıq. Bəlkə bəziləri (inanclılar) karikaturaya qarşıdır, peyğəmbərlərinin rəsmini çəkmək onların xoşuna gəlmir. Ancaq heç vaxt sərt reaksiya göstərmək lazım deyil. Nifrətlə yox, azadlıq, rəsm, sevgi ilə hərəkət etmək lazımdır”.

Onun sözlərinə görə, Drensi kommunasının yerləşdiyi departamentdə 140-dan çox millətin nümayəndələri bir növ “Fransa simvolu”nu təmsil edərək yanaşı yaşayırlar:

“Eyni zamanda, inanclılar çox qorxurlar və ikiqat cəza çəkməli olurlar: həm terrorizm, həm islamçılıqla bağlı və digər tərəfdən irqçilik səbəbilə.

İslamçılığa qarşı müqavimət göstərməliyik. İslamın islamçılıqla heç bir əlaqəsi yoxdur… Müsəlmanlar dinc yaşamaq və ibadət edə bilmək üçün qorunmalarını xahiş edirlər. Dinləri nə olursa olsun, soydaşlarımızla birlikdə yaşamaq istəyirik. Biz istəyirik ki, nəsillərimiz və uşaqlarımızın nəsilləri əmin-amanlıqda yaşasınlar. Və onlar vətənpərvər olub ölkələrinə, onun qanunlarına hörmət etsinlər. Kaş, dinləri daim öz şəxsi məsələləri olaraq qalsın”.

O, qeyd edib ki, nifrətə səbəb olan insanları eşitməməyin, bu istiqamətdə xəbər yayan saytların bağlanmağının tərafdarıdır.

Xatırladaq ki, dünən Fransanın üç şəhərində (Nitsa, Avinyon, Lion) bıçaqlı şəxslər insanlara hücum ediblər. Hücumların ikisi əvvəl terror kimi qiymətləndirilsə də, sonradan ikincisinın (Avinyon şəhəri) psixi probremləri olan fransız tərəfindən törədildiyi məlum olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678