Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əfqanıstanda tələbələri aparan avtobus raketlə vuruldu: Ölənlər və yaralılar var

141 Baxış

Əfqanıstanda Bağlan universitetinin tələbələrini daşıyan avtobusa hücum edilib.

“Tolo News” xəbər verir ki, Puli-Humri şəhərində avtobusa atılan raket sürücünün və bir tələbənin ölümü ilə nəticələnib.

Altı müəllimin yaralandığı bildirilir. Avtobusda ümumilikdə 25 tələbə və müəllim olub.

Bağlan polisi hadisəni radikal “Taliban” hərəkatının törətdiyini deyir.

Taliblər hadisə barədə açıqlama verməyiblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678