Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliyalı rəssam torpaq üzərində vaksinin nəhəng təsvirini çəkdi – FOTO

128 Baxış

İtaliyanın şimalındakı boş torpaq sahəsində “Sputnik V” antikovid peyvəndinin nəhəng təsviri peyda olub.

“RİA Novosti” xəbər verir ki, torpaq üzərində çəkilmiş rəsmin müəllifi tanınmış italiyalı rəssam Dario Qambarindir. O, 10 ildən çoxdur ki, lend-art (torpaq üzərində rəsm) ilə məşğuldur.

“Bu təsvirin ərsəyə gəlməsi sırf gündəmlə bağlıdır. “AstraZeneca” vaksini ilə əlaqədar cərəyan edən proseslər göz önündədir. İndi bütün dünyanın ümidi məhz “Sputnik V” peyvəndinədir”, -deyə rəssam bildirib.

Qeyd edək ki, D.Qambarin öz əsərlərini traktorun köməyilə yaradır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678