İşıqforun qırmızı işığına məhəl qoymayan sürücü ana və övladını vurdu – VİDEO
116 Baxış
Türkiyənin Samsun şəhərində 29 yaşlı qızın ölümü, anasının isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Görüntülərdə yol kəsişməsində işıqforun qırmızı işığına məhəl qoymayan sürücünün idarərtməni itirərək avtmobilini piyadalara çırpdığı əks olunub.
Zərbənin gücündən hər iki piyada bir neçə metr kənara düşürlər.
Məlumat oxu.az saytından götürülmüşdür.