Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusun yayılmasına hava şəraitinin təsir dərəcəsi açıqlanıb

107 Baxış

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış bir qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (WMO) hava şəraitinin koronavirusun yayılma sürətinə əhəmiyyətli dərəcədə təsir etdiyinə dair dəlil tapmayıb.

Bu barədə TASS xəbər verib.

Elm adamlarının sözlərinə görə, xüsusən mülayim iqlimlərdə tənəffüs yolları xəstəlikləri adətən mövsümi xarakter daşıyır. Bu fakt COVID-19-un mövsümi xəstəlik olacağı ilə bağlı gözləntiləri böyük dərəcədə artırırdı. Ancaq 2020-ci ildə xəstəliyin yayılma dinamikasının meteoroloji amillərdən daha çox hökumətlər tərəfindən görülən tədbirlərdən asılı olduğu ortaya çıxdı.

Qeyd edək ki, müxtəlif ölkələrdən olan alimlər havanın koronavirus pandemiyasına təsiri ilə bağlı ziddiyyətli araşdırmalar dərc edirlər. Məsələn, Merilend Universiteti Tibb Fakültəsi dünyanın müxtəlif bölgələrində infeksiyanın hava ilə əlaqəsinin xəritəsini hazırlayıb. Burada koronavirusun geniş yayıldığı səkkiz şəhərdə hava şəraiti yoluxmanın çox aşağı olduğu 42 şəhərlə müqayisə edilib. Məlum olub ki, pandemiyanın ilk dalğası zamanı virusun ən fəal yayıldığı ərazilərdə oxşar hava şəraiti olub: 3-9 dərəcə temperatur və aşağı rütubət.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678