Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Co Bayden Kamala Harrisi prezident adlandırdı – VİDEO

143 Baxış

ABŞ-ın dövlət başçısı Co Bayden vitse-prezident Kamala Harrisi səhvən prezident adlandırıb.

Bu barədə “Fox News” xəbər verib.

Bildirilir ki, Bayden çıxışı zamanı peyvənd kampaniyasının uğurundan bəhs edərək, “Prezident Harris və mən olarkən” ifadəsini işlədib. O, səhvinin fərqində olmadan danışmağa davam edib.

Bayden əvvəllər də bənzər səhvlər etmişdi. Belə ki, keçən ilin oktyabr ayında o, səhvən prezidentliyə yox, Senata namizədliyini açıqlamışdı. Bundan sonra ABŞ-ın o zamankı Prezidenti Donald Trampı keçmiş dövlət başçısı Corc Buş ilə qarışdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678