Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hindistanda pandemiyaya rəğmən Holi festivalı keçirilir – VİDEO

139 Baxış

Hindistan sakinləri koronavirusla bağlı qadağalara baxmayaraq, ənənəvi rənglər bayramı olan Holi festivalını keçirirlər.

“Euronews”un məlumatına görə, tarixən bahar məhsulu bayramı olan Holi digərlərindən fərqli olaraq, təkcə induslar tərəfindən deyil, həm də buddistlər, xristian və müsəlman gəncləri tərəfindən qeyd olunur. Hindistanla yanaşı, rənglər bayramı Nepal və Şri-Lankada da keçirilir.

Festival ərəfəsində bədheybət iblis Holikanın yandırılması mərasimi təşkil olunur. Bayram da məhz elə onun şərəfinə adlandırılıb. Bu günlərdə küçə və meydanlara axışan sakinlər bir-birini parlaq rənglərlə boyayır və heç kim də bundan incimir. Polislər toplaşanları dağıtmağa cəhd etsələr də, onların səyləri bir nəticə vermir.

Qeyd edək ki, hazırda Hindistanda koronavirusa gündəlik yoluxma sayı 62 mini ötür. Hökumət bəzi ştatlarda komendant saatı tətbiq edib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678