Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan hökuməti sadə xalqı ələ salır: “Onlar qazanır, məmurlar kef çəkir”

116 Baxış

Ermənistanda məmurlar və dövlət qulluqçularının ailə üzvləri idman zallarından vergiödəyicilərinin hesabına istifadə edəcək.

Ermənistan mətbuatı müvafiq qərarın hökumətin növbəti iclası zamanı qəbul edildiyini yazıb.

Məsələ burasındadır ki, Ermənistanda dövlət vəzifələrində çalışan şəxslər və onların ailə üzvləri üçün sosial paketləri nəzərdə tutulur. “Dövlət qulluqçularının mükafatlandırılması haqqında” qanuna edilmiş dəyişikliklə artıq erməni məmurlar daha bir sahədə – idman-sağlamlıq kompleksləri, hovuzlar, həmçinin digər idman tədbirlərindən pulsuz istifadə imkanı əldə ediblər. Həmin xidmətin pulunu isə Ermənistan dövləti, daha doğrusu vergiödəyicisi – sadə xalq öz cibindən ödəyəcək.

Ermənistan hökuməti bu təşəbbüsünü sözügedən addımın “məmur və dövlət qulluqçularının ailəsində sağlam həyat tərzi və fiziki hazırlığın formalaşmasına şərait yaradacağı” ilə əsaslandırıb.

Görünən odur ki, sadə xalqla məmurların yaşayış səviyyəsi arasında böyük uçurum olan Ermənistanda vergi topladıqları insanların zəhməti hesabına öz qulluqçularının rahatlığını təmin etmək ənənəyə çevrilib. Çünki buna qədər də, dövlət aparatı işçilərinə saysız-hesabsız güzəştlər və imtiyazlar təqdim olunub.

Üstəlik, “məmurların rahatlığını” bu cür düşünərkən Ermənistan hökumətinin sanki öz xalqını ələ salırmışcasına məhz onların ağır zəhmət hesabına ödədikləri vergi vəsaitlərindən istifadə etməsi də ikrah hissi yaradır.

Bir sözlə Ermənistanda sadə xalqın fikri, yaşayış səviyyəsi, problemləri heç kimi maraqlandırmır, əksinə dövləti idarə edənlər “hər dəfə əlini cibinə atmadan” öz qulluqçularına xoş güzəran yaratmaq yolunu tutur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678