Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramzan Kadırovun namizədliyi Nobel Sülh Mükafatına irəli sürülüb

121 Baxış

Çeçenistanın başçısı Ramzan Kadırov Nobel Sülh Mükafatına namizəd göstərilib.

Bu barədə “RİA Novosti” respublikanın İnformasiya və Mətbuat Nazirliyinin rəhbəri Əhməd Dudayevə istinadən xəbər verir.

Nazirin sözlərinə görə, Kadırov bu mükafata “Çeçenistan Respublikası ərazisində sülhün yaradılması və qorunmasında göstərdiyi xidmətlərinə görə” namizəd irəli sürülüb.

Məlumat məxfi olduğu üçün respublika rəhbərinin Nobel mükafatına kim tərəfindən namizəd göstərildiyi açıqlanmayıb.

Namizədlik faktı Beynəlxalq Nobel İnformasiya Mərkəzinin (INC) prezidenti Vyaçeslav Tyutyunnik tərəfindən də təsdiqlənib. Onun sözlərinə görə, Nobel komitələrinin qaydalarına uyğun olaraq bütün namizədlər 50 il gizli saxlanılır, Kadırovun irəli sürülməsi barədə məlumat “özəldən yayılıb”.

“Ümumilikdə danışsaq, Kadırov son ​​15-20 ildə Çeçenistanda – keçmiş müharibələrin olduğu bir bölgədə sülhün bərqərar olmasına verdiyi böyük töhfələrə görə mükafata namizəd göstərilib”, – deyə Tyutyunnik vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678