Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şimali Koreyada 12 ölkənin səfirliyi bağlandı – FOTO

129 Baxış

Ümumi məhdudiyyətlərin tətbiq edildiyi və zəruri malların kəskin çatışmazlığının yaşandığı Koreya Xalq Demokratik Respublikasında xarici dövlətlərdən sadəcə doqquz səfir və dörd müvəqqəti işlər vəkili işləmək üçün qalıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Şimali Koreyadakı diplomatik nümayəndəliyindən bildirilib.

Səfirliyin proqnozuna görə, ölkədən xaricilərin köçü davam edəcək.

“Hələ indidən burada demək olar ki, heç kim qalmayıb (290 nəfərdən az). Koreya paytaxtından ayrılmaq istəyi başa düşüləndir – hər kəs buradakı sərtliyinə görə indiyə kimi görünməmiş miqyasda ümumi məhdudiyyətlərə, dərman da daxil olmaqla zəruri malların kəskin çatışmazlığına, səhiyyə ilə bağlı problemlərə dözmək iqtidarında deyil”, – deyə məlumatda bildirilir.

O da vurğulanıb ki, artıq Böyük Britaniya, Venesuela, Braziliya, Almaniya, İtaliya, Nigeriya, Pakistan, Polşa, Çex Respublikası, İsveç, İsveçrə, Fransa nümayəndəliklərinin qapılarına kilidlər asılıb, beynəlxalq humanitar təşkilatların xarici personalı çıxıb gedib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678