Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan zəlzələnin baş verdiyi İzmirdə iclas keçirdi

158 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki zəlzələnin nəticələri ilə yaxından tanış olmaq üçün bu vilayətin Seferhisar rayonuna yollanıb.

Türkiyənin NTV telekanalı məlumat verir ki, R.T.Ərdoğan həyatını itirənlərin sayının 37-yə çatdığını, xəsarət alanlar 885 nəfər olduğunu, dağıntılar altında qalan 103 nəfərin xilas edildiyini açıqlayıb.

Türkiyə Prezidenti deyib ki, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün dövlət 24 milyon lirə (4 milyon 903 min manat) vəsait ayırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678