Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İspaniyada karantin qadağalarına görə etirazlar şəhərləri müharibə meydanına çevirdi – FOTO

344 Baxış

İspaniyada koronavirusun artması ilə bağlı tətbiq edilən karantin qaydaları insanların kəskin etirazları ilə qarşılanır.

“Anadolu” agentliyi xəbər verir ki, radikal sağçılar “xalq artıq yoruldu, küçələrə çıxırıq” çağırışları ilə insanları etirazlara səsləyiblər.

Çağırışa cavab verən etirazçılar şəhər mərkəzlərində toplaşaraq mağazalara, dövlət əmlakına zərər verib, zibil konteynerlərini yandırıb və polislərə daşla hücum ediblər.

Madriddə polis yolu bağlamağa çalışan etirazçılara müdaxilə etməli olub.

Qeyd edək ki, İspaniyada solçu koalisiya hökumətinin oktyabrın 25-də verdiyi qərara əsasən ölkədə mayın 9-na qədər fövqəladə hal elan edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678