Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST: İt və pişiklərdən də koronavirusa yoluxmaq mümkündür

149 Baxış

Koronavirusa yalnız insanlardan deyil, ev pişiklərindən, itlərdən də yoluxmaq mümkündür.

“RİA Novosti”nin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bununla bağlı açıqlama verib.

“COVID-19 virusu əsasən insandan insana yoluxma yolu ilə yayılır, ancaq zoonoz virus olduğu üçün insan-heyvan kanalı ilə yoluxma sübutları var. Aralıq sahib hələ müəyyən edilməyib”, – deyə Vuynoviç izah edib.

İt və pişiklərdən əlavə, insanlar həmçinin su samurları, Ussuriya yenotu, şir və pələngləri də koronavirusa yoluxdura bilər.

Elm adamları virusun digər heyvan növlərinə də təsirini araşdırmağa davam edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678