Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Facebook” 500 milyondan çox insanın şəxsi məlumatlarının oğurlanmasına münasibət bildirdi

147 Baxış

“Facebook” sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına münasibət bildirib.

Bu barədə xəbər “Facebook”un rəsmi səhifəsində dərc edilib.

Sosial şəbəkə nəhəngi məlumatların internetə sızmasını haker hücumu yox, cinayətkarların veb-resurslar yolu ilə şəxsi məlumatlara keçid əldə etməsi ilə əsaslandırıb.

“Bir məsələni anlamaq vacibdir ki, cinayətkarlar informasiyanı bizim sistemlərimizdən haker hücumu yolu ilə yox, məlumatların platformamızdan çıxarılmasının köməyi ilə əldə ediblər”, – “Facebook”un açıqlamasında deyilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678