Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə Ay missiyası üçün raket mühərriki sınaqları uğurla başa çatdı – FOTO

134 Baxış

Türkiyənin Aya uçuş üçün nəzərdə tutulan hibrid raket mühərrikinin sınaqları uğurlu olub.

Bunu qardaş ölkənin Sənaye və Texnologiya naziri Mustafa Varank bildirib.

Nazir bu barədə “Twitter” sosial şəbəkəsində paylaşım edib.

“Milli kosmik proqram çərçivəsində Ay missiyasının birinci mərhələsi olan sərt eniş üçün hazırlıqlarımız davam edir. FireSonda (SORS) raketinin mühərrik qurğusu və RocketHibrit mühərrikinin testi uğurla nəticələnib”, – deyə M.Varank yazıb.

Nazirin paylaşımını retvit edən “Bayraktar” PUA-larının yaradıcısı Səlçuk Bayraktar da bu işdə əməyi olanları təbrik edib.

“Yetər ki, inanaq və bir ürək olaq. Bax bu zaman Allahın izni ilə kosmosa da, Aya da, hətta ondan uzaqlara da gədərik”, – deyə Bayraktar qeyd edib.

Yeter ki inanalım ve tek yürek olalım.

İşte o zaman Allah’ın izniyle, uzaya da Ay’a da hatta ötesine de gideriz…

Tebrikler @TUAjans @SavunmaSanayii @DeltavUzay ???

Köklerden Göklere…?#MilliTeknolojiHamlesi ???? https://t.co/gKEG31ybMm

— Selçuk Bayraktar (@Selcuk) April 11, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678