Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uranın zənginləşdirilməsi prosesi dayandırılmayıb

134 Baxış

İranın Nətənz Atom Elektrik Stansiyasında təxribat istehsal gücünün 50% artırılması planlaşdırılan müəssisədə uranın zənginləşdirilməsi prosesini dayandırmayıb.

IRIB xəbər verir ki, bunu ölkənin vitse-prezidenti, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

O qeyd edib ki, ən qısa müddətdə Nətənzdəki müəssisə məhsuldarlığı 50% artırmaqla işini davam etdirəcək.

Xatırladaq ki, dünən İranın Nətənz Atom Elektrik Stansiyasında qəza baş verib. Bu hadisə terror aktı kimi qiymətləndirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678