Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Afrikanın bakılı olan ən zəngin qadını ərini itirdi

165 Baxış

Anqolanın keçmiş prezidentinin qızı, Afrikanın bakılı olan ən varlı qadını İzabel dos Santosun əri Dubayda həyatını itirib.

“Haber Global” məlumat verir ki, dalğıc olan 48 yaşlı Sindika Dokolo Dubay sahillərində dənizdə qəza nəticəsində ölüb.

Qeyd edək ki, İzabellanın atası Eduardo Dos Santos 70-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada bakılı Tatyana Kukanova ilə evlənib. Həmin evlilikdən Bakıda qızı İzabella dünyaya gəlib.

Sonradan o, ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Onun qızı isə bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678