Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT Təhlükəsizlik Şurasının iclası Kosovo bayrağına görə yarımçıq dayandırılıb – FOTO

104 Baxış

BMT TŞ-nin onlayn iclası yarımçıq dayandırılıb.

“RİA Novosti” xəbər verir ki, buna səbəb Kosovo nümayəndəsinin ekranda tanınmayan dövlətin bayrağı fonunda görünməsi olub.

Rusiya nümayəndəsi məsələyə ciddi etiraz edərək, Təhlükəsizlik Şürasının yeddi üzv dövləti tərəfindən Kosovonun tanınmadığını nəzərə çatdırıb.

Böyük Britaniya təmsilçisi isə tədbirin formal xarakter daşıdığını bildirərək, iclasın davam etdirilməsini mümkün sayıb.  

Nəticədə, qurum qapalı məsləhətləşmələr üçün onlayn iclasını yarımçıq dayandırıb. Məsləhətləşmələr zamanı iştirakçıların əksəriyyəti Britaniyanın mövqeyini dəstəkləyib və görüş bir qədər sonra bərpa edilib.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678