Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada ən güclü Atom Elektrik Stransiyasının fəaliyyəti qadağan edildi – VİDEO

168 Baxış

Yaponiyanın ən güclü Atom Elektrik Stransiyası (AES) “Kasivadzaki-Kariva”nın təsbit edilən təhlükəsizlik pozuntuları səbəbiylə fəaliyyətinə qadağa qoyulub.

TASS-ın məlumatına görə, qərar Yaponiyanın Atom Enerjisinə Nəzarət Dövlət Komitəsi tərəfindən qəbul edilib.

Bildirilib ki, AES xüsusilə terrorçuların hücumlarından kifayət qədər qorunmur.

Stansiyanın sahibi “Tokyo Electric Power” enerji şirkətinə reaktorlara nüvə yanacağının çatdırılması və yüklənməsi qadağan edilib.

Qeyd edilir ki, Yaponiya atom enerjisi tarixində ilk dəfə belə bir tədbir görülür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678