Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin növbəti dəfə vaksinasiya edildi

131 Baxış

Rusiya Prezidenti Vladimir Putinə koronavirus infeksiyası əleyhinə ikinci doza peyvənd vurulub.

“İzvestiya” nəşri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Rusiya Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin iclasında məlumat verib.

“Ümid edirəm ki, hər şey yaxşı olacaq. Nəinki ümid edirəm, hətta buna əminəm”, – deyə V.Putin qeyd edib.

Rusiya prezidenti ölkə vətəndaşlarına müraciət edərək onları vaksinasiyadan keçməyə dəvət edib.

Rusiya dövlət başçısı məhz vaksinasiya nəticəsində COVID-19 pandemiyasının tezliklə yoxa çıxacağına ümid etdiyini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678