Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ senatorları prezidentə İranla bağlı müraciət etdi

115 Baxış

Amerikalı senatorlar Tim Keyn (Virginia ştatı, Demokratlar partiyası), Kris Mörfi (Konnektikut ştatı, Demokratlar partiyası) və ABŞ Konqresinin yuxarı palatasının digər 25 üzvü ölkə prezidentı Co Baydenə məktub göndərərək təcili Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qoşulmağa çağırıb.

Bu barədə məktub Tim Keynin rəsmi saytında yayımlanıb.

“ABŞ-ın İranla münasibətlərinin yenidən qurulması üçün başlanğıc nöqtəsi olaraq JCPOA-ya və icra prinsipinə qayıtmağı qətiyyətlə dəstəkləyirik.

İran JCPOA tərəfindən qoyulan məhdudiyyətlərə yenidən əməl etmək istəyirsə, Birləşmiş Ştatlar anlaşmaya yenidən qoşulmağa və razılaşmanın tələb etdiyi kimi sanksiyaları yüngülləşdirməyə hazır olmalıdır”, – deyə məktubda qeyd edilir.

Müəlliflər Yaxın Şərqdəki qeyri-sabitlik, kiberhücum təhdidləri və Tehranın ballistik raketlərinin inkişafını davam etmə qabiliyyətindən narahatlıqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə JCPOA-dan çəkilmə qərarı verib. Bu müqavilə İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən 2015-ci ildə imzalanıb. Vaşinqton administrasiyasının hazırkı başçısı Co Baydenin dəfələrlə ABŞ-ı JCPOA-ya qaytarmağa hazır olduğunu bildirməsinə baxmayaraq, ABŞ hökuməti hələ bu istiqamətdə heç bir əhəmiyyətli addım atmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678