Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hindistanda bir gündə 300 minə yaxın insan koronavirusa yoluxdu

118 Baxış

Hindistanda son bir gündə 295 041 nəfər koronavirusa yoluxub, 2000-dən çox insan ölüb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, bu, pandemiya başlayandan bəri ölkədə qeydə alınan bir sutkada ən çox yoluxma və ölüm hadisəsidir.

Hindistan dünyada koronavirusa ən çox yoluxma aşkar edilən ikinci ölkədir: indiyə qədər 15,6 milyondan çox yoluxma qeydə alınıb. Pasiyentlərdən 13,2 milyonu sağalıb, 182 min nəfəri isə ölüb.

Ölkədə xəstəlik sayında artım 41-ci gündür ki, davam edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678