Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Liviya ordusu Çad ilə sərhəddə hazır vəziyyətə gətirildi

115 Baxış

Liviya Milli Ordusu Çad Respublikası ilə həmsərhəd olan Əl-Kufra bölgəsində döyüş hazırlığı vəziyyətinə gətirilib.

“RİA Novosti” bu barədə hərbi dairə komandirliyinə istinadən xəbər yayıb.

“Bölgədəki təhlükəsizliyi və sabitliyi pozmağa çalışan hər kəsi çəkindirmək üçün quru və hava qüvvələrinin bütün hərbi hissələrinin hazırlıq səviyyəsi artırıldı”, – deyə bildirilir.

Bölgədəki artan hazırlığın bir hissəsi olaraq sərhəddə keşik çəkmək üçün əl-Sara bazasına hərbçilər göndərilib və hava patrulları tətbiq edilib.

1978-1987-ci illərdə Liviya (o vaxt Sosialist Xalq Liviya Ərəb Cəmahiriyyəsi) ilə Çad Respublikası arasında Ausu zolağına sahib olmaq (sərhəddəki mübahisəli bölgə) və Afrika respublikası hökumətinə nəzarət uğrunda mübarizə gedib. Doqquz illik qarşıdurma zamanı Liviya Çadı bir neçə dəfə işğala məruz qoyub, lakin müharibədə Fransanın dəstəyi ilə Çad qələbə çalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678