Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliyada nəqliyyat işçiləri COVID-19 peyvəndi tələbi ilə ayağa qalxdı

132 Baxış

İtalyanın iri şəhərlərində dəmir yolu və şəhərdaxili nəqliyyatı işçiləri ümummilli tətillə səlahiyyətlilərdən təcili COVID-19 peyvəndi tələb edirlər.

“RİA Novosti” xəbər verir ki, tətilə çağırış Orsa həmkarlar ittifaqı tərəfindən təşkil olunub.

“Könüllü peyvənd kampaniyasına daxil olmaq üçün hökumət səviyyəsində prioritet kateqoriyalar təyin edildikdə, nəqliyyat işçiləri naməlum səbəbdən siyahıdan çıxarılıb”, – deyə ittifaqdan bildirilib.

Bu baxımdan həmkarlar ittifaqı nəqliyyat sahəsindəki işçilərin dərhal vaksinasiyasını və onların əsas xidmətlər göstərən işçilər kateqoriyasına daxil şəxslər kimi COVID-19 peyvənd planına daxil olunmalarını tələb edir.

İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyinin saytında yerləşdirilən məlumata görə, şəhər nəqliyyat işçilərinin çoxu axşam saatlarında dörd saat müddətininə işini dayandıracaq.

Dəmir yolunda tətilin səkkiz saat davam edəcəyi bildirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678