Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Çernobl uşaqları”nın mutasiyaya uğrama səviyyəsi araşdırılıb

119 Baxış

ABŞ, Rusiya, Ukrayna və Yaponiyadan olan elm adamları Çernobıl qəzasında valideynləri radiasiyaya məruz qalan insanlarda irsi mutasiyaların səviyyəsini qiymətləndiriblər. Məlum olub ki, ionlaşdırıcı radiasiyanın yaratdığı DNT zədələnməsi irsi xüsusiyyət daşımır.

Bu barədə “Science” jurnalında məqalə dərc edilib.

Ekspertlər qəzanın zərərlərinin aradan qaldırılmasında iştirak edən fövqəladə hallar xidmətinin və nüvə stansiyası işçilərinin ailələrində dünyaya gələn 130 uşağın genomunu araşdırıb (Onların hamısı 1987-2002-ci illər arasındakı dünyaya gəlib).

Məlum olub ki, sınaqda iştirak edənlərin mutasiya səviyyəsi populyasiya üzrə ortalamadan artıq deyil, yəni döllənmə xəttində həddindən artıq mutasiya qeydə alınmayıb.

Qeyd edək ki, Çernobıl AES-də qəza 1986-cı ilin aprelin 26-da baş verib. Bu, bəşəriyyət tarixində ən böyük texnogen fəlakətlərdən biri hesab olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678