Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yunanıstanda anarxistlər universitet rektorunu döyüb, boynundan lövhə asdılar – FOTO

171 Baxış

Yunanıstanda anarxistlər Afina Universitetinin rektoratını ələ keçirərək, rektor Dimitris Burantonisi döyüblər.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, bundan sonra qanun pozucuları rektorun boynundan üzərində “həmrəyliklə zəbt” sözü yazılan lövhə asıblar. Onlar bu addımlarını skvatterlərin müdafiəsi aksiyası adlandırıblar.

Bundan sonra anarxistlər rektoratı dağıdıblar, həmçinin divarlarda öz simvollarını çəkiblər.

Yunanıstan Mülki Müdafiə naziri Mixalis Xrisoxoidis cinayətkarların başı üçün 100 min avro mükafat təyin edildiyini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678