Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan parlamentinin sədri istefa verdi

118 Baxış

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze istefa verib.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə o parlament iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

“Gürcü Arzusu” partiyasını təmsil etdiyim danışıqların müqavilənin imzalanması ilə başa çatdığını nəzərə alaraq hesab edirəm ki, parlamentin normal işləməsi üçün spiker postundan getməliyəm”, – deyə Talakvadze bildirib.

Talakvadze 2019-cu ilin iyunundan parlamentin spikeri vəzifəsini icra edib.

Qeyd edək ki, hökumətlə kompromis sazişi imzalayan müxalifət nümayəndələri 27 apreldə Gürcüstan parlamentində təmsil olacaqlar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678