Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədəki ermənilərin patriarxı 1915-ci il hadisələrini siyasətə alət edənləri qınadı – VİDEO

113 Baxış

Türkiyədəki ermənilərin 85-ci patriarxı Sahak Maşalyan 1915-ci il hadisələrini siyasətə alət edənləri qınayıb.

“Haber Global” məlumat verir ki, o, yaşanan hadisələrin siyasi məqsədlər üçün sui-istifadə edildiyini bildirib.

Maşalyan qeyd edib ki, on illərdir bu mövzunun parlamentlərin gündəminə daşınmasının yaratdığı gərginliklər bu iki xalqı bir-birinə yaxınlaşmasına xidmət etmir. Əksinə, barışığın gecikməsinə şərait yaradır.

“İnanırıq ki, Tanrının iradəsi ilə türk və erməni münasibətlərində qardaşlıq və sevgi ortamını daha güclü şəkildə salamlayacağıq”, – deyə o vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678