Ərdoğanın sözçüsündən Baydenə tövsiyə: “Öz tarixinizə baxın” – FOTO
129 Baxış
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” barədə açıqlamasına münasibət bildirib.
Bu barədə İ.Kalın “Twitter” hesabında paylaşım edib.
“Tək gündəmi ölkəmizə qarşı düşmənçilik olan dairələrin iftiralarını təkrar edən ABŞ prezidentinin açıqlamasını şiddətlə qınayır və rədd edirik. ABŞ prezidentinə öz tarixinə və bu gününə baxmasını tövsiyə edirik”, – deyə İ.Kalın bildirib.
Tek gündemi ülkemize düşmanlık olan çevrelerin iftiralarını tekrar eden ABD Başkanının açıklamasını şiddetle kınıyor ve reddediyoruz.
ABD Başkanına kendi tarihine ve bugününe bakmasını tavsiye ediyoruz.#1915olayları
— Ibrahim Kalin (@ikalin1) April 24, 2021
Məlumat oxu.az saytından götürülmüşdür.