Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaxarova: “Rusiyaya dost olmayan ölkələrin siyahısında ABŞ da var”

123 Baxış

Rusiyaya dost olmayan ölkələrin siyahısında birmənalı şəkildə ABŞ da var.

Bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalının efirində bəyan edib.

“Hər şey ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və rusiyalı dipomatların əsassız şəkildə geri göndərilməsindən sonra başladı”, – deyə o qeyd edib.

XİN rəsmisi bildirib ki, dost olmayan ölkələrin tam siyahısı bu yaxınlarda açıqlanacaq.

Xatırladaq ki, aprelin 24-də Rusiya prezidenti Vladimir Putin dost olmayan dövlətlərin fəaliyyətləri ilə bağlı fərman imzalayib.

Fərmana əsasən, Rusiyaya qarşı dost olmayan fəaliyyətlərə yol vermiş dövlətlərin diplomatik nümayəndəliklərinin Rusiya vətəndaşları və ölkə ərazisində qeydiyyatda olan hüquqi şəxslərlə əmək və ya hər hansı bir digər xidmət üzrə müqavilə bağlamaq imkanları məhdudlaşdırılıb.

Qərarın Rusiyanın dövlət maraqlarının müdafiəi məqsədi daşıdığı bildirilib.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678