Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bayden: “Ledi Qaqa çıxış edəcək, mən isə oxuyacağam”

156 Baxış

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden dünyaca məşhur müğənni Ledi Qaqa ilə birgə Pitsburq Universitetində seçiciləri ilə görüşüb.

TASS agentliyi xəbər verir ki, görüş mərkəzi telekanallar tərəfindən yayımlanıb.

C.Bayden onların görüşünə gələn tələbələri hazırkı nəslin ən gözəl nümayəndələri adlandırıb.

Siyasətçi bildirib ki, bu seçkilərdə gənclərin səsi əsasdır.

“Sizə ümidim böyükdür”, – deyə C.Bayden qeyd edib.

Daha sonra məşhur müğənni Ledi Qaqanı səhnəyə dəvət edən C.Bayden “indi Ladi Qaqa çıxış edəcək, mən isə oxuyacağam” deyərək tələbələrə xitabən bildirib.

Pop ulduz isə çox həyəcanlı olduğunu söyləyərək, C.Baydenə dəstək üçün gələnlərə öz təşəkkürünü bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678