Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan Rusiyanın göndərdiyi hərbi təyinatlı yükü Ermənistana buraxmır

118 Baxış

Rusiyadan yola çıxan və hərbi təyinatlı mallarla yüklənmiş iki yük maşını Ermənistana buraxılmır.

Bu barədə erməni mediası xəbər verib.

Bildirilir ki, zirehli gödəkcə yüklənmiş nəqliyyat vasitələri bir aya yaxındır ki, Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır.

Məlumata görə, nəqliyyat vasitələri martın 5-də Moskvadan çıxıb, martın 28-də Gürcüstanın nəzarət buraxılış məntəqəsinə çatıb. Burada sərhədçilər sürücülərin sənədlərini və hərbi təyinatlı yükü müsadirə edib, onların yola davam etməsinə qadağa qoyub.

Sürücülərdən birinin sözlərinə görə, gürcü sərhədçilər yükün buraxılması üçün ölkənin Müdafiə Nazirliyinin icazəsinin lazım olduğunu bildiriblər.

Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələnin tezliklə həlli üçün müvafiq instansiyalarla işlər aparılır. Sürücülər isə tezliklə buraxılmayacaqları təqdirdə geriyə, Rusiyaya qayıtmaq niyyətində olduqlarını bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678