Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibəni “dəstəkləməkdə” günahlandıran erməni rejissora Zelenskidən CAVAB

170 Baxış

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevi Azərbaycana fosfor bombası satmaqda günahlandıran erməni əsilli rusiyalı rejissor, film sənayesindəki həmkarı Sarik Andreasyana emosional cavab verib.

Müvafiq mesaj V.Zelenskinin rəsmi “Telegram” səhifəsində görünüb.

Dünən Sarik Andreasyan “Instagram”da Ukrayna prezidentinə müraciət edərək, V.Zelenskini Azərbaycana fosfor bombası satmaqda günahlandırıb. Cavabında V.Zelenski bunu Rusiya feyki və təşviqatı adlandırıb.

“Sarık, başa düşürəm ki, bu həqiqətən ağrılıdır. Həqiqi bir müharibənin nə olduğunu öz gözlərinlə görmək dəhşətdir. Yalnız… Qətiyyən başqalarının feykini daşımaq rolunu öz üzərində gəzdirməyə ehtiyac yoxdur.

Rus təşviqatında nəyi nə üçün edildiyi və niyə tamamilə yalan danışıldığını başa düşürəm. Amma səni qətiyyən anlamıram, çünki Ukrayna heç vaxt, heç yerə fosfor bombası göndərməyib. Ümumiyyətlə. Xüsusən də artıq qızışan və nələri isə “geosiyasi həll etmək” istəyən bir çox “dəliqanlıların” olduğu yerə”, – deyə Ukrayna prezidenti yazıb.

V.Zelenski Qarabağ müharibəsində iştirak ittihamlarını yaxın adamdan eşitməsindən də qəzəblənib.

“Düzü, evimin qapısını açdığım, daxili dünyamı və dəyərlərimi bilən şəxsin başqasının təşviqatına bu qədər asanlıqla uyduğu üçün çox təəssüflənirəm. Məndən şəxsən soruşmaq olmazdı?” – o yazdı.

Zelenski, Ukraynanın hər hansı qanlı qarşıdurmalara qarşı çıxdığını vurğulayıb və ermənilərə “məşhur  təşviqatla təmasdan sonra əllərini daha tez-tez yumalarını” tövsiyə etdi. 

“Yenə də, Sarık, sənə bir sualım var… Müharibə Ukraynaya gələndə və uşaqlarımız öləndə haradaydın? Erməni mənşəli Ukrayna vətəndaşları öldükdə, hansı ki, bir-iki yox, onlarla idi… O zaman təcavüzə qarşı şəxsən nə dedin? Heç nə…”, – deyə Ukrayna prezidenti onu riyakarlıqda ittiham edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678