Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qadın ərini və uşaqlarını öldürüb, kinoya baxmağa yollandı – FOTO

107 Baxış

Rusiyada baş verən dəhşətli qətl hadisəsi ictimaiyyəti şoka salıb. Belə ki, qadın ərini və uşaqlarını qəddar şəkildə qətlə yetirdikdən sonra kinoteatra film izləməyə yollanıb.

Bu barədə “Arqumentı i faktı” xəbər yayıb

Bildirilir ki, hadisə ailə məişət zəminində yaranan mübahisədən sonra başlayıb. Ər boşanmaq istədiyini, uşaqları da özü ilə aparacağını deyib, bundan sonra qadın nəinki ərini, beş yaşlarında olan uşaqlarını da bıçaqlayıb. Hətta ekspertlərin sözlərinə görə, o, övladlarının başını kəsmək istəyib, ancaq hansısa səbəbdən edə bilməyib.

Üçəmlərdən biri həmin vaxt bağçada olduğu üçün sağ qalıb.

Cinayətdən sonra qadın iki övladının da cəsədini çantaya qoyub, yoldaşının cəsədinin altından isə sellofan sərib və izləri silməyə çalışıb.

O, baş verənlərdən sonra yollandığı kinoteatrda həbs olunub.

Digər detallar araşdırılır. Hadisə ilə bağlı azyaşlı uşaq da daxil olmaqla iki və ya daha çox şəxsin qətli maddəsi ilə cinayət işi açılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678