Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Milanda bankda insanları girov götürdülər – VİDEO

150 Baxış

İtaliyanın Milan şəhərində “Credit Agricole” bankında insanlar girov götürülüb.

REN TV yerli KİV-ə istinadla xəbər verir ki, cinayətkarlar şöbənin açılışından bir müddət sonra içəri giriblər.

Soyğunçular bir neçə seyfi götürərək, divardakı dəlikdən qaçıblar.

Onlar bank işçilərini özləri ilə götürüblər. Hadisə zamanı içəridə müştərilərin olub-olmadığı məlum deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər. Onlar bankın filialını və binanın yaxınlığındakı ərazini mühasirəyə alıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678