Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vyana terroru ilə bağlı saxlanılanlar arasında qafqazlılar da var

137 Baxış

Vyanadakı terror hücumundan sonra Avstriyada Balkan ölkələrindən və Şimali Qafqazdan olan insanlar saxlanılıb.

“Podyom” “Telegram” kanalının məlumatına görə, bu barədə Rusiyanın Avstriyadakı səfiri  Dmitrik Lyubinski bildirib.

“Yalnız paytaxtda deyil, həm də Avstriyanın bir sıra digər şəhərlərində çoxsaylı həbslər olduğu bildirilir. Tutulanlar arasında bir sıra Balkan ölkələrindən və Şimali Qafqazdan olanlar var. Hazırda əlavə məlumat yoxdur”.

Xatırladaq ki, bazar ertəsi axşam naməlum şəxslər Avstriya paytaxtının mərkəzində bir neçə hücum təşkil ediblər. Hadisə nəticəsində hücumçulardan biri və dörd mülki şəxs həlak olub. Daha 18 nəfər yaralanıb.

Hökumət baş verənləri terror aktı kimi dəyərləndirib. Avstriyada üç günlük milli matəm elan olunub.

Polis silahlılardan dördünü saxlayıb. Terrorçular polisin Vyananın mərkəzindəki Qraben küçəsində keçirdiyi əməliyyat zamanı ələ keçiblər. Onlardan azı biri İŞİD terror təşkilatının üzvüdür.

Terrorla əlaqədar Avstriyada sərhədlər də daxil olmaqla, bütün ölkə ərazisində təhlükəsizlik gücləndirilib. Səlahiyyətlilər vətəndaşları ehtiyac olmadığı təqdirdə çölə çıxmamağa çağırırlar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678