Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

COVID-19-a qarşı ən yaxşı peyvənd açıqlandı

100 Baxış

“World Vaccine Congress Washington 2021” qurumunun mütəxəssisləri ən yaxşı koronavirus peyvəndini seçiblər.

Bu barədə Terrapinn.com-da qeyd edilir.

Forumda ABŞ-ın “Moderna” şirkətinin dərmanı “COVID-ə qarşı ən yaxşı peyvənd” kateqoriyasında birincilik qazanıb.

Rusiyanın “Sputnik V” və Britaniya-İsveç şirkətinin “AstraZeneca” vaksini də nominasiya siyahısına düşüb.

Qalibin və finalçıların hansı əsasla seçildiyi barədə məlumat verilmir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678