Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yerə düşəcək nəhəng raket təşviş yaradıb: Türkiyə risk altında – FOTO

265 Baxış

ABŞ Müdafiə Nazirliyinin sözçülərindən Mayk Hovard Çinin 29 aprel tarixində milli kosmik stansiyanın əsas modulunu işə salarkən istifadə etdiyi “Long Marck 5B” raketinin nəzarətdən çıxdığını və həftə sonu yerə düşəcəyini açıqlayıb.

Sondakika.com xəbər verir ki, idarədən çıxaraq saatda 27 min km sürətlə orbitdə “səyahət etən” raketin Türkiyəyə də düşmə ehtimalı yüksəkdir.

Hovard raketin yerə enəcəyi nöqtənin qəzadan yalnız bir neçə saat əvvəl proqnozlaşdırıla biləcəyini bildirib. 22 tonluq raketin idarədən çıxdıqdan sonra atmosferdə bəzi hissələrinin yandığı, ancaq bəzi hissələrinin yaşayış sahələrinə düşmə ehtimalının olduğu qeyd edilib.

Raketin dünyanın dəqiq hansı nöqtəsinə düşəcəyi bilinmir. Bu 41 dərəcə şimal və 41 dərəcə cənub paralelləri arasındakı istəlin yer ola bilər.

Sözügedən enliklər arasında İstanbul və Ankaradan başqa Nyu York, Sidney, Pekin, Madrid kimi şəhərlər də var.

Mütəxəssislərin sözlərinə görə, raketin yaşayış məntəqəsinə düşməsi çox kiçik ehtimaldır və bundan hər hansı bir ziyan gözlənilmir.

Çin mövzu ilə əlaqədar susur. Ölkənin yerli mediasında mövzu ilə bağlı heç bir xəbər verilməməklə yanaşı, rəsmi qurumlardan da heç bir açıqlama edilməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678