Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Tesla” rəhbərinin şəxsi gəliri açıqlanıb

98 Baxış

“Tesla” şirkətinin rəhbəri İlon Maskın şəxsi gəliri açıqlanıb.

“Forbes” jurnalının məlumatına görə, iş adamı ötən il ərzində 11 milyard dollar qazanc əldə edib.

Məlumata əsasən, bu göstərici üzrə Mask özünün ən yaxın rəqiblərini dəfələrcə üstələyib. Belə ki, qeyd olunan dövr ərzində “Paycom”un rəhbəri Çed Riçison cəmi 211 milyon, “1Life Healthcare” şirkətinin baş direktoru Amir Dan Rubin isə 199 milyon dollar qazanıb.

Maskın qazancını əsasən şirkət səhmlərinin satışından əldə etdiyi və gəlirlərini hələ ki, nağdlaşdıra bilmədiyi də qeyd olunub.

Xatırladaq ki, İlon Mask “Amazon” rəhbəri Cef Bezosdan sonra hazırda dünyanın ən varlı ikinci şəxsi sayılır. Onun ümumi sərvəti 164 milyard dollar həcmində qiymətləndirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678