Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tramp və Bayden hansı ştatlarda öndədir?

157 Baxış

ABŞ-da keçirilən prezident seçkilərində iştirak edən Donald Tramp və Cozef Bayden bu saata olan nəticələrə görə hər biri 20 ştatda üstünlük qazanıb. 

TASS xəbər verir ki, seçkidə qələbə qazanmaq üçün namizəd  seçicilər şurasının 538 səsindən 270-nin səsini qazanmalıdır. 

Proqnozlara əsasən, Tramp Alabama (9 nümayəndə), Arkanzas (6 nümayəndə), Qərbi Virciniya (5 nümayəndə), İndiana (11 nümayəndə), Kentukki (8 nümayəndə), Missisipi (6 nümayəndə), Missuri (10 nümayəndə), Tennesi (11 nümayəndə), Cənubi Karolina (9 nümayəndə) statlarında üstünlük qazanıb.

Yerli KİV-lərə görə, Bayden isə Vermont (3 nümayəndə), Virciniya (13 nümayəndə), Delaver (3 nümayəndə), İllinoys (20 nümayəndə), Konnektikut (7 nümayəndə), Massaçusets (11 nümayəndə), Merilend (10 nümayəndə), Nyu-Cersi (14 nümayəndə), Rod-Aylend (4 nümayəndə) ştatında və Kolumbiya bölgəsində (3 nümayəndə) üstünlük əldə edib. 

Qalan ştatlarda son nəticələrə gəlnməyib və hazırkı məlumatlar açıqlanır. Belə ki, Bayden Miçiqan (16 nümayəndə), Şimali Karolina (15 nümayəndə), Pensilvaniya (20 nümayəndə), Kanzas (6 nümayəndə) və Nyu-Qempşir (4 nümayəndə) ştatlarında, Tramp isə Corciya (14 nümayəndə), Florida (29 nümayəndə) və Oklahoma (7 nümayəndə) ştatınlarında üstündür. 

Texasda (38 nümayəndə) lider bir neçə dəfə dəyişib, hazırda Demokratların nümayəndəsi Bayden bu ştatda üstündür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678