Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nyu-Yorkda koronavirusdan ölənlər soyuducuda saxlanılır – FOTO

128 Baxış

ABŞ-ın Nyu-York şəhərində 750 nəfərin cəsədi koronavirus səbəbiylə həyatını itirənlər üçün hazırlanmış soyuducu yük maşınlarında saxlanılır.

“The City” xəbər verir ki, COVID-19 epidemiyasının ciddi şəkildə təsirləndiyi şəhərdə virusdan ölənlər üçün “müvəqqəti morq” olaraq hazırlanan soyuducu yük maşınları hələ də meyitlərlə doludur.

Mərhumların qalıcı olaraq dəfn ediləcəyi yerlərin müəyyənləşdirilməsi üçün işlər davam etdirilir.

Keçən il koronavirus ölümlərinin artdığı üçün 85 soyuducu yük maşını müvəqqəti morq kimi istifadəyə verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678