Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrandan ABŞ-dakı seçkilərə reaksiya: “Kimin qalib gələcəyi bizim üçün önəmli deyil”

131 Baxış

İran Prezidenti Həsən Ruhani ABŞ-dakı prezident seçkilərində kimin qalib gələcəyinin önəmli olmadığını və planlamalarını buna əsasən etmədiklərini deyib.

“Anadolu” agentliyi xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin paytaxt Tehranda keçirilən iclasından sonra danışıb.

Ruhani qeyd edib ki, ABŞ-da yeni hökumətin tətbiq edəcəyi siyasət və metodlar yalnız onların özü üçün əhəmiyyət kəsb edir:

“ABŞ-da kimin qazanacağı bizim üçün əhəmiyyətli deyil. ABŞ-ın son seçkiləri bir çox cəhətdən nümunə oldu və bunun təfərrüatına varmaq istəmirəm. ABŞ sanksiyaları bir yana qoyub hörmət göstərsə, şərtlərimiz də dəyişəcək.

Təhdid əvəzinə xoş rəftar və hörmət olsa, şərtlər fərqli olacaq. Bizim üçün önəmli olan prinsipial hərəkət, metod və siyasətdir. Şəxslər və partiyaların bizim üçün əhəmiyyəti yoxdur”.

Ruhaninin sözlərinə görə, İran ABŞ-ın qanunlara tabe olmasını, çoxistiqamətli beynəlxalq razılaşmalara qayıtmasını və İran xalqına hörmət göstərməsini istəyir:

“ABŞ-da kim olursa-olsun, sanksiya tətbiq etmək əvəzinə, hörmət etməsini istəyirik. ABŞ-da seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, iqtisadiyyatı üçün plan qurduq.

Yanacaq istisna olmaqla, ixrac və istehsalla bağlı hesablama apardıq. ABŞ keçmişdən dərs alarsa və fərqli bir yol tutmalı olduğunu anlayarsa, çox yaxşı olar”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678