Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaşayış evinin həyətindən II Dünya müharibəsinə aid 101 bomba tapıldı

125 Baxış

Solomon adalarının paytaxtı Honiarada bir evin həyətindən II Dünya müharibəsinə aid yüz bir partlamamış bomba tapılıb.

Bu barədə Avstraliyanın Solomon adalarındakı ali komissarı Laxlan Strahan “Twitter” hesabında yazıb.

Bombaları yaşayış sahəsinin ərazisində qazıntı aparan ev sahibi aşkar edib.

Bundan sonra əraziyə gələn müvafiq qurumların əməkdaşları ərazidən ABŞ-ın 101 ədəd 105 mm-lik yüksək partlayıcı gücə malik mərmini yerdən çıxarıblar.

Qeyd edək ki, keçən il Honiarada yaşayış məskənində baş verən partlayış nəticəsində Solomon Adalarında sursatların xəritələşdirmə layihəsi üzərində işləyən bir avstraliyalı və onun britaniyalı həmkarı ölüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678