Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kadırovun “məhv etməyə” söz verdiyi izləyicisi tapıldı: Atası və yaxın qohumları üzr istədi – VİDEO

110 Baxış

Çeçenistan rəhbəri Ramzan Kadırovun “Instagram” hesabında canlı yayımı zamanı onu təhqir edən izləyicinin kimliyi bəlli olub.

Bu barədə Rusiya mətbuatı yazıb.

Kadırovu “şeytan” adlandırdıqdan sonra Çeçenistan rəhbərinin izləyicisinin ünvanına “mən çox şeytanları məhv etmişəm və səni də məhv edəcəyəm” deməsi və ekran görüntüsü çəkməsi sözügedən şəxsi – 15 yaşlı Əhməd Valkayevi qorxudub.

Üstəlik, təkcə “şeytan” sözünü yazan Əhməd Valkayevi deyil, onun bütün ailəsini…

Çünki, əvvəlcə Əhməd Valkayevin atası video yayımlayaraq onun adından Ramzan Kadırovdan üzr istəyib və oğluna yaxşı tərbiyə verə bilmədiyini söyləyib. Bundan sonra isə Əhməd Valkayevin yaxın qohumları da video yayımlayaraq Çeçenistan rəhbərindən üzr istəyib və baş verənlərə görə utandıqlarını qeyd ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678