Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir ölkədə “lokdaun” elan edildi

113 Baxış

Argentina səlahiyyətliləri koronavirusla əlaqədar vəziyyətin pisləşməsi səbəbindən may ayının sonuna qədər ölkə daxilində “lokdaun” tətbiq ediblər.

Bu barədə “Ambito” nəşri xəbər yayıb.

Sərt karantin çərçivəsində ölkə ərazisində 22-31 may tarixlərində bütün əyani təhsil, ictimai, dini və idman tədbirləri ləğv ediləcək, əksər ticarət qurumlarının işi məhdudlaşdırılacaq.

Müvafiq qərarın COVID-19-a yoluxma nisbətini azaldacağı gözlənilir.

Qeyd edək ki, Argentinada koronavirusa 3 447 044 yoluxma, 72 699 ölüm qeydə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678