Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da 120 ilin ən yüksək seçici fəallığı qeydə alındı

149 Baxış

ABŞ-da keçirilən prezident seçkilərində seçici fəallığı 120 ildə ən yüksək göstəriciyə çatıb.

Bu barədə “The Hill” məlumat yayıb.

“Bu standart deyil. 2020-ci ilin prezident seçkilərində 120 ilin ən yüksək seçici fəallığı qeydə alınıb”, – deyə Florida Universitetinin politologiya professoru Maykl Makdonald bildirib.

Politoloq bildirib ki, ilkin məlumatlara əsasən, seçkidə 160 milyon insan səs verib, yəni seçici fəallığı 66.9 faiz olub.

1900-cü ildə keçirilən seçkilərdə seçici fəallığı 73.7 faiz olub. Makdonald qeyd edib ki, səslərin sayılması davam edir, buna görə də seçici fəallığı ilə bağlı göstərici yenilənəcək.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678