Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

118 Baxış

Türkiyədə son 24 saat ərzində 216 655 nəfərin COVID-19 testi yoxlanıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 7 523 nəfər təşkil edib.

178 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 034 316 nəfərə çatdığı bildirilib. Onlardan 10 003 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 1 745 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678