Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Roma Papası qadının döyməsini öpdü – VİDEO

124 Baxış

Roma Papası Fransisk “Osvensim” nasist düşərgəsindən sağ qurtulmuş qadınla söhbət zamanı onun qolundakı döyməni öpüb.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, döymədə keçmiş məhbusun düşərgədəki nömrəsi həkk olunub. Hadisə Papanın da iştirak etdiyi gənclər üçün maarifləndirici tədbir zamanı qeydə alınıb.

Polşa vətəndaşı Lidiya Maksimoviç 3 yaşında olarkən doğulduğu Belarusdan “Osvensim”ə aparılıdığını bildirib. O, düşərgənin uşaq bölməsində saxlandığını və məşhur doktor Menqelenin təcrübələrindən sağ çıxdığını qeyd edib.

Azad olunduqdan sonra Lidiya polşalı ailə tərəfindən övladlığa götürülüb.

פגישה יוצאת דופן בוותיקן: האפיפיור פרנציסקוס פגש ניצולת שואה – ונישק את המספר שקועקע על ידה באושוויץ@BernhardtMatti pic.twitter.com/IzMgt2TFJR

— כאן חדשות (@kann_news) May 26, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678