Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni terrorçuların adlarını AÇIQLADI

100 Baxış

Ermənistan Müdafiə Nazirliyi təxribat məqsədilə Azərbaycan ərazilərinə daxil olarkən ordumuz tərəfindən ələ keçirilən altı erməni terrorçunun adını açıqlayıb.

Azərbaycan silahlı qüvvələri tərəfindən tərkisilah edilərək zərərsizləşdirilən erməni diversantların adlarını “Sputnik Ermənistan” dərc edib.

Onlar A.N.Abqaryan, İ.A.Sarkisyan, V.V.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan və V.O.Rafaelyandır.

Xatırladaq ki, mayın 27-də saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçərkən zərərsizləşdirilib və ələ keçirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678